SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Kənd təndirinin işi dayandırıldı

Kənd təndirinin işi dayandırıldı

  • 10 aprel 2026, 20:12

Ağcəbədinin kəndində gigiyena qaydalarının pozulduğu təndir aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən, sahibkar Elvin Yaşar oğlu Vəliyevə məxsus çörək istehsalı sexində yoxlama keçirilib.

Bildirilib ki, yoxlama zamanı sanitariya-gigiyena qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və sexin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları