SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycan ordusunda müasir döyüş üsulları ilə TAKTİKİ TƏLİM

Azərbaycan ordusunda müasir döyüş üsulları ilə TAKTİKİ TƏLİM

  • 10 aprel 2026, 13:56

Azərbaycan ordusunda müasir döyüş üsulları nəzərə alınmaqla taktiki təlim keçirilib.

Müdafiə Nazirliyindən Yurd.Media-ya bildirilib ki, MN rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb.

Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları