SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bu il 360-dan çox şəxs Azərbaycandan deport olundu

Bu il 360-dan çox şəxs Azərbaycandan deport olundu

  • 09 aprel 2026, 19:52

Bu ilin birinci rübündə Azərbaycandan deportasiya olunanların sayı açıqlanıb.

Yurd.Media "Oxu.az"a istinadən xəbər verir ki, yanvar-mart aylarında 367 nəfər Azərbaycandan deportasiya edilib.

Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, bundan başqa Avropadan Azərbaycana mart ayında 75 nəfər readmissiya olunub.

Ümumilikdə birinci rüb ərzində Avropadan Azərbaycana readmissiya edilən şəxslərin sayı 154 nəfər (yanvarda 38, fevralda 41 nəfər) təşkil edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları