SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycan-Gürcüstan birgə müəssisəsinə 600 min dollar pul lazımdır

Azərbaycan-Gürcüstan birgə müəssisəsinə 600 min dollar pul lazımdır

  • 10 aprel 2026, 14:42

"Max” MMC 600 min ABŞ dolları dəyərində istiqraz yerləşdirməyi planlaşdırır.

Yurd.Media-nın əladə etdiyi məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 160 və 440 ədəd istiqrazdan gedir.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

Xatırladaq ki, "Max" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Çap idarəetmə xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış şirkətin təsis paylarının 74 %-i Gürcüstanın eyni adlı şirkətinə, 25 %-i "PAŞA İnvestments" MMC-yə, 1 %-i isə Anar Abbasova (direktor) məxsusdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları