SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycanda polkovnik vəfat edib

Azərbaycanda polkovnik vəfat edib

  • 12 iyul 2026, 21:49

Azərbaycanda polkovnik vəfat edib.

Yurd.Media "Musavat.com"a istinadən xəbər verir ki, Azərbaycan ordusunun ehtiyatda olan zabiti, polkovnik Quliyev Lətif Allahqulu oğlu dünyasını dəyişib.

Lətif Quliyev 1948-ci il sentyabrın 10-da Zəngilan rayonunun Kolluqışlaq kəndində anadan olub. Keçmiş Azərbaycan Sənaye İnstitutunu bitirib, daha sonra Timoşenko adına Kimya Mühafizəsi Ali Hərbi Məktəbində təhsil alaraq polkovnik hərbi rütbəsinə yüksəlib. 1973-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində, 1992-2005-ci illərdə isə Azərbaycan Ordusunda xidmət edib. Həyatının son illərində Heydər Əliyev adına Azərbaycan Ali Neft Məktəbində kafedra müdiri vəzifəsində çalışıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları