Sabahdan etibarən dağ çaylarında sululuğun artacağı müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.