SÜJET
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyunun 30-da Şamaxı şəhərində, Şamaxı Olimpiya Mərkəzinin inzibati binasında Şamaxı və Qobustan rayonları sakinlərinin qəbulunu keçirib.
Yurd.Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət edib. Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Şamaxı və Qobustan rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.