SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Kəlbəcərdə ilan, siçanlarla mübarizə yeni cihazla aparılacaq

Kəlbəcərdə ilan, siçanlarla mübarizə yeni cihazla aparılacaq

  • 23 dekabr 2025, 14:41
Kəlbəcər

Azərbaycanda ziyanvericiləri öldürmədən uzaqlaşdırmaq üçün vibrasiya + impuls dalğalı cihazları alınacaq.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Hanza” şirkəti ilə müqavilə bağlayıb.

Müqavilədə sürünən heyvanları (ilan, kərtənkələ), həşəratları, siçan və siçovulları uzaqlaşdırmaq üçün vibrasiya + impuls dalğalı cihazların satın alınması nəzərdə tutulur.

Qeyd edək ki, vibrasiya və impuls dalğalı cihazlar sürünənləri (ilan, kərtənkələ), həşəratları, siçan və siçovulları uzaqlaşdırmaq üçün istifadə olunur. Bu cihazlar yerə quraşdırılır, müntəzəm vibrasiya və ultrasəs dalğaları yayaraq heyvanların narahat olmasını təmin edir və onların ərazidən çıxmasını təşviq edir. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları