Kəlbəcər şəhərində tikiləcək yeni mənzillərin qiyməti müəyyənləşib.
Yurd.Media "Milli.Az"a istinadən xəbər verir ki, satış məqsədilə yeni çoxmərtəbəli binaların inşasına başlanıb və mənzillər artıq satışa da çıxarılıb.
Kompleksin daxilində 6 yaşayış binası və ümumilikdə 9 blok mövcud olacaq.
Qiymətlərə gəldikdə isə təmirsiz mənzilin 1 kvadrat metri 1700 manata satılır. Təmirli mənzilin 1 kvadrat metri 2100, divarları ağardılmış (white box) isə 1800 manatdır.
Qeyd edək ki, hazırda Bakı ətrafında da yeni tikililərin qiyməti təxminən 1700 - 2000 manat ətrafındadır.