Kəlbəcərdə ağır QƏZA: Ölən var

Kəlbəcərdə ağır QƏZA: Ölən var

  • 23 aprel 2025, 21:13
Kəlbəcər

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, "KİA" markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.