Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 21 322 832 vergi borcu var.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bildirilir.
Xatırladaq ki, sözügedən Xidmət Prezident İlham Əliyevin bu il fevralın 20-də imzaladığı fərmanla "İri Şəhərlərin Su Təchizatı" QSC-yə çevrilib. Hazırda yeni təşkilati-hüquqi forma ilə bağlı işlər aparılır.