SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İlham Əliyev Ermənistanla ticari münasibətlərin genişləndirilməsindən danışıb

İlham Əliyev Ermənistanla ticari münasibətlərin genişləndirilməsindən danışıb

  • 04 fevral 2026, 18:57

Bu aylar ərzində (Vaşinqton Sammitindən ötən müddətdə - red.) biz öz münasibətlərimizin inkişafına töhfə verdik. Biz nəinki Azərbaycan ərazisindən Ermənistana nəqliyyat və daşımalarla bağlı məhdudiyyətləri aradan qaldırdıq, eyni zamanda, digər sahələrdə işbirliyini genişləndirdik.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində bildirib.

“Bu altı ay ərzində biz əməkdaşlığa başladıq. Hazırda biz ticari münasibətlərimizi genişləndiririk və ermənistanlı həmkarımla görüşümüz zamanı irəliyə doğru necə getməli olduğumuzu müzakirə etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Prezidenti Ermənistan və Azərbaycanın biz sülh şəraitində yaşamağı öyrəndiyini vurğulayıb:

"Biz 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə 6 aydır ki, biz sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik".

Dövlətimizin başçısı qeyd edib: “Mən bunu əvvəl də söyləmişəm. Bu, xüsusi bir hissdir.”

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları