Bakıda Çin istehsalı olan "Lİ" avtomobilini alan şəxs problemlə üzləşib.
Yurd.Media xəbər verir ki, paytaxt sakini Söhrab Cabbarovun Bakı sakini rəsmi servisdən aldığı ''Lİ-9'' markalı avtomobilinin avto-parkinq rejminin nöqsanlı olduğunu aşkarlandı.
Zərərçəkən "Xəzər Xəbər"ə bildirib ki, maşın avto-parkinq rejmi ilə qaraja daxil olan zaman maneyə çatanda dayanmayıb və divara çırpılıb. Sürücü iddia edir ki, Çin istesahlı olan ''Lİ-9'' markalı avtomobili özlərini rəsmi diler kimi təqdim edən şirkətdən alıb. Özü də bazar qiymətindən baha alıb ki, servis zəmanəti var. Qəza anı həm avtomobilin video-qeydiyyat cihazına, həm də həyətdə olan müşahidə kamerasına düşüb.
Sürücü iddia edir ki, avtomobildəki avto-parkinq rejmi istehsalçı tərəfindən nöqsanlı olub. Yəni işləmədiyindən qəza baş verib. Onun sözlərinə görə, avto-parkinq funksiyasından istifadə etdikdə, avtomobil əvvəlcə qarajda yerini müəyyən edib daha sonra hərəkətə başlayıb. Amma qaraja daxil olandan sonra dayanmayıb. Nəticədə ona təxminən 3200 manat ziyan dəyib.
Məsələ ilə bağlı avtomobilin alındığı ''Efendilər Qrup" təmir-bərpa şöbəsinin müdiri Cəlal İmanov ''Xəzər Xəbər''ə bildirdi ki, avtomobildə avto-parkin rejimində problem yoxdur və belə olduqda servis qaydalarına əsasən zərər qarşılanmır.
Cəlal İmanov rəsmi diler məsələsinə də aydınlıq gətirdi. Şöbə müdiri dedi ki, onların şirkəti ötən ilin dekabr ayından ''Lİ''nin Azərbaycanda rəsmi dileridir və açılış mərasiminə istehsalçı zavodun rəsmiləri də qatılıblar.
Zərərçəkmiş Söhrab Cabbarov isə deyir ki, şirkət ona dəymiş zərəri ödəməsə, məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, “Efendiler Group”a Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin rəhbərlik etdiyi bildirilir.