"Zirə Dəniz" gömrük postuna baş inspektor vəzifəsinə təyinat olub.
Yurd.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri general-polkovnik Şahin Bağırovun əmri ilə bu posta Vətən Müharibəsi iştirakçısı İqbal Səfərov təyin olunub.
Qeyd edək ki, İqbal Səfərov ABŞ-da Meksika sərhədində İdalgo gömrüyündə təlimlərdə olub. ATƏT-in sərhədlərarası təlim proqramlarında iştirak edib. Dəfələrlə fəxri fərman alıb. Səkkiz il gömrük sahəsində çalışıb.
İtaliyada Roma Sapienza universitetində, Macarıstanda Budapeşt Biznes Məktəbində əyani əsaslarla magistratura qazanıb. ABŞ və Kanadada yaşayıb. Kanadada Global Safarov Traders şirkəti qurub. Sonra Azərbaycana qayıdıb. Yenidən Kanadaya getmək ərəfəsində Tovuz döyüşləri başlayıb. Hərbi Komissarlığa könüllü kimi üz tutub. Kanadaya gedişini ertələyib. Hərbi xidməti Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində zabit kimi başa vurduğu üçün taqım komandiri olaraq ehtiyatda idi. İkinci Qarabağ savaşı başlayanda yenidən komissarlığa gedib. Savaşa yollanıb. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak edib.
