SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İldə 1 telefonu ölkəyə ödənişsiz gətirmək olar - QƏRAR

İldə 1 telefonu ölkəyə ödənişsiz gətirmək olar - QƏRAR

  • 02 fevral 2026, 10:24

Hər il 1 telefonu ödənişsiz ölkəyə gətirmək olar.

Yurd.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Belə ki, Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib.

Qərara əsasən, bundan sonra Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyənlənmiş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihazı güzəştli qaydada (ödənişsiz) gömrük sərhədindən keçirmək mümkün olacaq.

Qərar bu il yanvarın 1-dən tətbiq edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları