İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda dövlətə məxsus “Hyundai” markalı nəqliyyat vasitələri münasib qiymətə satılıb.
Bu barədə Dövlət Xidmətindən Yurd.Media-ya bildirilib.
Məlumata görə, rəqabətli keçən hərracda start qiyməti 3 300 manat olan “Hyundai H-1” markalı mikroavtobus 10 533 manata, 9 700 manat olan “Hyundai County” markalı avtobus isə 16 000 manata satılıb.