Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliynin dünyadakı bütün Həcc missiyalarına Həccə qeydiyyat prosedurlarının erkən bitirilmısini ciddi şəkildə tələb edir.
Qafqaz Müsəlmanları İdarəsindən Yurd.Media-ya bildirlib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq.
"Ona görə, Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasınsan asılı olmayaraq sənədlərin qəbulu 15 fevral 2026-cı il tarixdə bitəcək", - məlumatda qeyd olunub.