SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Hava şəraitinə görə regionlarda işıq kəsildi, küçələri su basdı

Hava şəraitinə görə regionlarda işıq kəsildi, küçələri su basdı

  • 19 sentyabr 2025, 23:31
Naxçıvan

Bugün hava şəraitinə görə Azərbaycanın regionlarında işıq kəsildi, küçələri su basıb.

Yurd.Media xəbər verir ki, bu gün günortadan sonra başlayan şiddətli külək bəzi fəsadlar törədib.

Xüsusilə, Naxçıvan şəhərində əsən külək ağacları qırıb, bəzi evlərin dam örtüyünə ziyan vurub. Həmçinin, şəhərin əksər hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qeyd edək ki, sentyabrın 19-dan 22-dək Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gəncədə də bu gün axşam saatlarından sonra yağan yağış səbəbilə şəhərin bəzi hissələrini su basıb.

Sel suları küçələrdə bir sıra çətinlik yaradıb, avtomobillərin hərəkətinə mane olub.

Hazırda Gəncədə yağışlı hava şəraiti davam edir.

Prime Leasing