SÜJET
Bu gün Gəncə şəhər Beynalxalq Hava Limanından Rusiyanın Vnukova aeroportuna uçması gözlənilən aviareys təxirə düşüb.
Yurd.Media xəbər verir ki, saat 18-00 da uçmalı olan təyyarə sabah saat 12-00-dək təxirə düşüb.
İlkin məlumata görə, 118 sərnişin uçması gözlənilirdi. Sərnişinlərin bir qismi Gəncə şəhərindəki otellərə yerləşdirilib.
İlkin ehtimal olaraq təyyarədə yaranan texniki nasazlıq əsas göstərilir.