SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
AYNA: Ağdam-Füzuli yolunda qəza edən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib - YENİLƏNİB

AYNA: Ağdam-Füzuli yolunda qəza edən mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib - YENİLƏNİB

  • 09 iyul 2025, 15:28

AYNA bu gün Ağdam-Füzuli yolunda mikroavtobusun aşması və sərnişinlərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

AYNA-dan baş vermiş hadisə ilə bağlı Yurd.Media-ya bildirilib ki, qəza törədən mikroavtobus müntəzəm sərnişindaşıma və buraxılış kartı əldə etmədən qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub.

"Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcı tərəfindən təsdiq edilmiş formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq”, - məlumatda qeyd edilib.

*** 11:41

Ağdam-Füzuli yolunda "Ford" markalı mikroavtobusun qəzaya uğraması ilə bağlı bəzi təfərrüat məlum olub.

Yurd.Media xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən şəxslər Ağdam rayonunun Baharlı kənd sakinləridir.

Bildirilib ki, hadisə fəhlə kimi çalışan şəxslərin azad edilmiş ərazilərdə fərdi sahibkara məxsus əkin sahəsində alaq işləri üçün getdikləri zaman baş verib.

***

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Yurd.Media-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Prime Leasing