SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Piyada keçidində hərəkətdə olan şəxsə mütləq yol verməlidir - BDYPİ

Piyada keçidində hərəkətdə olan şəxsə mütləq yol verməlidir - BDYPİ

"Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsinə əsasən, sürücü piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı, hərəkətdə olan piyadaya mütləq yol verməlidir". 

Yurd.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlığında bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə və yollarda təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çağırıb.

Məlumat üçün bildirək ki, "İnzibati Xətalar Məcəlləsi"nin 330-cu maddəsinə əsasən, həm nizamlanmayan piyada keçidlərində, həm də sağa və sola dönən zaman piyadaya yol verilməməsi 50 manat cərimə olaraq qiymətləndirilir.

Prime Leasing