SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Prezidentdən İslam İnkişaf Bankı Qrupunun Bakı toplantısı ilə bağlı SƏRƏNCAM

Prezidentdən İslam İnkişaf Bankı Qrupunun Bakı toplantısı ilə bağlı SƏRƏNCAM

  • 08 sentyabr 2025, 16:15

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov - Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev - Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli - Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının daxili işlər naziri

Rəşad Nəbiyev - Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev - Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Samir Rzayev - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Prime Leasing