SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanın professoru vəfat edib

Azərbaycanın professoru vəfat edib

  • 09 iyul 2025, 23:22

Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.

Yurd.Media xəbər verir ki, bu barədə onun qızı Heyran Qorçu xəbər verib.

O bildirib ki, atası uzun sürən onkoloji xəstəlik səbəbilə dünyasını dəyişib.

Rəhman Bədəlovun nəşi sabah Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn ediləcək.

Qeyd edək ki, Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, bir neçə kitabın, o cümlədən “Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi”, “Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi”, “Zərdobalı adam: kino üçün sənədli fantaziya” kitablarının və dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalənin müəllifidir.

Prime Leasing