SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Əsgərlər arasında Novruz intellektual turniri keçirilib

Əsgərlər arasında "Novruz" intellektual turniri keçirilib

  • 15 mart 2026, 16:22
Beyləqan

“Xocavənd Gənclərinin İnkişafına Dəstək” İctimai Birliyi və Mil İntellektual Klubunun birgə təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən hərbi qulluqçular arasında "Xəmsə" Milli İntellektual Oyunu üzrə "Novruz" turniri keçirilib.

Yurd.Media xəbər verir ki, əsgərlərin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, dünyagörüşlərinin zənginləşdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə təşkil olunan yarışda hərbi hissənin şəxsi heyətindən ibarət 8 komanda bilik və məntiq mübarizəsi aparıb.

Yüksək əhval-ruhiyyə və gərgin rəqabət şəraitində keçən intellektual turnir maraqlı anlarla yadda qalıb. Müxtəlif mövzuları — Azərbaycan tarixi, milli-mənəvi dəyərlərimiz, hərb sənəti və ümumi dünyagörüşünü əhatə edən suallara cavab verən komandalar əsl bilik və həmrəylik nümayiş etdiriblər.

Gərgin mübarizənin yekununda fərqlənən komandalar müəyyənləşdirilərək qalib elan olunub və təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Tədbirdə qeyd olunub ki, milli ordumuzun sıralarında xidmət edən əsgərlərin hərbi hazırlığı ilə yanaşı, onların intellektual potensialının artırılması və asudə vaxtının faydalı keçirilməsi istiqamətində həyata keçirilən bu cür layihələr böyük əhəmiyyət kəsb edir və gələcəkdə də davam etdiriləcəkdir.

Skat.az - Ev və Avtomobil elanları