SÜJET
Şimali Kipr Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfər edəcək.
Yurd.Media "Report"a istinadən xəbər verir ki, səfər çərçivəsində onun bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.
Şimali Kipr Prezidentinə eyni zamanda Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.
O, iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin Prezidenti kimi iştirak edəcək.