Ermənistan benzin və dizel yanacağının ardınca Azərbaycandan internet də alacaq.
Yurd.Media xəbər verir ki, "AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan üzərindən Ermənistanın beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli müqavilələr imzalayıb.
Razılaşma çərçivəsində regionun aparıcı magistral internet operatoru "AzerTelecom" beynəlxalq internet trafikinin təchizatı üzrə ölkələrin sayını və coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.