Yurd.Media tərəfindən təşkil olunan “Praktik Media Məktəbi”nin ilk qrupunun təlim proqramı yekunlaşıb.
Proqramın yekunu ilə bağlı tədbirdə Yurd.Media-nın baş redaktoru Murad Əliyev bildirib ki, ötən 5 ay ərzində iştirakçılar seçilmiş istiqamətlər üzrə tədbirlərin işıqlandırılması, müsahibələrin alınması, reportajların təşkili, araşdırmaların hazırlanması, aktual mövzuların işlənilməsi üzrə praktik bacarıqları mənimsəyiblər.
Yalnız jurnalistika deyil, digər ixtisaslar üzrə də təhsil alan gənclər üçün ödənişsiz əsasda təşkil olunan kursun iştirakçıları media sahəsində daha dərin biliklərə sahib olmaq üçün istiqamətləndiriliblər.
Sonda sertifikatların təqdim olunması mərasimi baş tutub.