SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bəzi məhsullar UCUZLAŞDI - QİYMƏTLƏR

Bəzi məhsullar UCUZLAŞDI - QİYMƏTLƏR

  • 27 aprel 2025, 14:12

Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma ötən ilin eyni dövrü bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.

Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım olduğunu deyirlər.

Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlər də var.

Kartofun kiloqramı isə 1,5-2 manat arasında dəyişir. Yenisi 4 manatdır. Soğan bazarda 80 qəpik -1 manata, göyərtinin 1 dəsti 10 qəpiyə, bibərin ədədi 30 qəpiyə, kiloqramı isə 2 manata təklif olunur.

Satıcılar deyirlər ki, havalar istiləşdikcə, qiymətlərdə enmə müşahidə olunur.

Ətraflı süjetdə: