SÜJET
Türkiyədə “Türk dünyası araşdırmaları: Azərbaycan” adlı kitab nəşr olunub.
Yurd.Media xəbər verir ki, Türkiyənin İbn Haldun Universiteti tərəfindən nəşr olunan kitabın müəllifləri müəllifləri Ömer Faruk Karaman və Yaşar Sarıdır.
Müəllifllər qeyd edir ki, Azərbaycan, Türk dünyasında coğrafi mövqeyi, tarixi prosesləri və mədəni kimliyi baxımından olduqca əhəmiyyətlidir.
Kitabda vurğulanır kiŞ Azərbaycan, sahib olduğu tarixi, mədəni, geosiyasi və strateji xüsusiyyətləri ilə Türk dünyasında mərkəzi bir əhəmiyyətə malikdir. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr təkcə dostluq üzərində qurulmayıb, eyni zamanda strateji, dərin və uzunmüddətli bir tərəfdaşlığa əsaslanır. Həmçinin Türk dünyasının bütünləşməsi və qlobal mənada daha effektiv bir rol oynaması baxımından iki ölkənin əməkdaşlığı olduqca qiymətlidir.
Kitabın “ön söz” hissəsini Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, Dr. Alptekin Cihangir İşbilir yazıb. O qeyd edib ki, Türk Dünyasının əməkdaşlığı və inteqrasiyası əsasında qarşılanması istiqamətində atılan addımların uğuru Azərbaycan ilə Türkiyə arasında münasibətlərin sağlam şəkildə dərinləşməsindən asılıdır.
Kitabı onlayn şəkildə də oxumaq imkanı var.