SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Kəramət Böyükçöl Nazirliyin ayırdığı puldan YAZIB

Kəramət Böyükçöl Nazirliyin ayırdığı puldan YAZIB

  • 13 dekabr 2025, 20:16

Yazıçı Kəramət Böyükçöl bugün geniş müzakirələrə səbəb olmuş Mədəniyyət Nazirliyin ona ayırdığı vəsait barədə sosial media hesabında açıqlama yayıb.

Yurd.Media xəbər verir ki, yazar bildirib ki, Nazirlik onun "Səkkizinci gün" və "Əlqəmə" romanlarının hərəsindən 150 ədəd alıb:

"Mədəniyyət Nazirliyi müxtəlif nəşriyyatlardan və müəlliflərdən hər il kitablar alır. Məsələn, elə nəşriyyat var ki, ondan 100 min manatlıq, 80, 50 min manatlıq kitab alıblar. Elə yazıçılar var ki, onlardan 10 min manatlıq kitab alıblar. Eləsi var ki, 8 min, 7, 5, 4 min manatlıq kitab alıblar. Allahın Bəhram Bağırzadəsindən 9 min 500 manatlıq kitab alıblar. Məndən isə 4500 manatlıq kitab alıblar. Daha dəqiqi, Mədəniyyət Nazirliyi müxtəlif kitabxanalara paylamaq üçün siyasətə qarışmayan "Səkkizinci gün" və "Əlqəmə" romanlarımın hərəsindən 150 ədəd alıb. Bu da 4500 manat edir. Onun da 900 manatını vergiyə ödəyəcəm. Nazirlik mənə havayı pul verməyib e, kitabımı alıb". 

Qeyd edək ki, "İqtisadiyyat.az" saytı  Mədəniyyət Nazirliyinin bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı müqavilələri bağladığını yazıb.

Xəbərdə qeyd olunur ki, müqavilələrdə bu yazıçılara və nəşriyyatlara məxsus müxtəlif nəşrlərin (kitabların) satın alınması nəzərdə tutulur:

1) Elmira Axundova - 3000 manat,

2) Qəşəm Nəcəfzadə - 1050 manat,

3) Kəramət Böyükçöl - 4500 manat,

4) Kamal Abdulla - 2500 manat,

5) Bəhram Bağırzadə - 9100 manat.

Bundan əlavə, nazirlik Seyfəddin Hüseynli (3000 manat), Fərid Hüseyn (2000 manat), İlham Qəhrəman (500 manat), Cavid Zeynalov (1500 manat), Siyavuş Quliyev (2300 manat), Etibar Yaqubov (1599 manat), Nazilə Quliyeva (1000 manat), Kəmalə Abıyeva (700 manat), İslam Sadıq (1500 manat), İlqar Tağıyev (1050 manat) və Azad Yaşar (2200 manat) ilə də müqavilə bağlayıb.

Prime Leasing
SPE Annual Caspian