Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda yağan intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu barədə Yurd.Media-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in qüvvələri tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.