"Apple" şirkəti ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr müzakirə edilib.
Yurd.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr R. Nəbiyevin ABŞ-yə səfəri çərçivəsində "Apple" şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə keçirilən görüşdə olub.
"Görüş zamanı rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin təhsil, innovasiya ekosistemi və inkişaf proqramları üzrə "Apple Developer Academy" və digər təşəbbüslərlə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində birgə layihələr barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
