SÜJET
Türkiyənin müdafiə naziri Yaşar Gülər bu gün Bakıya rəsmi səfər edəcək.
Yurd.Media TRT Haber-ə istinadən xəbər verir ki, səfər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik edəcəyi Nazirlər Kabinetinin iclasından dərhal sonra baş tutacaq. Gülərin Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı baxımından önəmli bir səfər kimi dəyərləndirilir.