SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 10 faizdən çox artacaq

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 10 faizdən çox artacaq

  • 23 oktyabr 2025, 14:56

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 11 %-ə yaxın artırılması gözlənilir.

Yurd.Media xəbər verir ki,  bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

2026-cı ildə DSMF-nin büdcə xərclərinin 8 milyard 483,1 milyon manat (2025-ci illə müqayisədə 10,5 % çox) olması proqnozlaşdırılır.

Sənədə əsasən, xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin (9,3 % çox), 160 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (2,7 dəfə çox) hesabına qarşılanması nəzərdə tutulur.

DSMF-nin büdcəsinin xərclərinin əsas hissəsini əmək pensiyalarının, sosial sığorta haqqı hesabına müavinətlərin ödənişi, həmçinin Fondun aparatının və digər struktur bölmələrinin

saxlanılması ilə bağlı xərclər təşkil edəcək.

Prime Leasing
SPE Annual Caspian