SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Dövlət Nəzarəti Xidməti: Yuxarı Şirvan kanalından ildə 350 milyon m³ su itkisi baş verir

Dövlət Nəzarəti Xidməti: Yuxarı Şirvan kanalından ildə 350 milyon m³ su itkisi baş verir

  • 11 fevral 2026, 18:48

65 ildən çox müddətdə istismar olunmuş Yuxarı Şirvan kanalı torpaq məcralı olduğundan, ondan ildə təxminən 350 milyon m³ su itkisi baş verir ki, bunun da nəticəsində vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklərin yaranması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinin pisləşməsinə də səbəb olur.

Dövlət Su Ehtiyatları Agentliyinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Yurd.Media-ya bildirilib ki, bunu Şirvan suvarma kanalının yenidən qurulması üzrə "İşçi qrupu"nun növbəti onlayn iclasında İşçi qrupun rəhbəri Rafiq Aslanov bildirib.

O qeyd edib ki, ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir:

"Bununla yanaşı, o, həmçinin az sulu illərdə Türyançay Sağ və Sol sahil magistral kanallarının, eləcə də Göyçay çayından qidalanan bir sıra kanalların xidməti ərazilərində yerləşən əkin sahələrinin su təminatına dəstək göstərir".

İclasda həmçinin qeyd olunub ki, Şirvan suvarma kanalının başlanğıc sərfinin saniyədə 180 kubmetrə, ümumi uzunluğunu isə 204 km-ə qədər artırmaqla, onun müasir tələblərə uyğun şəkildə yenidən qurulması nəticəsində, Şirvan zonasına daxil olan Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarma, yaşayış məntəqələrinin isə məişət suyu təminatının yaxşılaşması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinə də müsbət təsir göstərəcəkdir. Bununla yanaşı, kanalın sonunda Hacıqabul gölünə suyun çatdırılması ilə onun ekoloji vəziyyətinin yaxşılaşması da təmin ediləcək.

Layihə Prezidentin 15 aprel 2024-cü il tarixli Sərəncamına uyğun olaraq icra edilir və tikinti-quraşdırma işləri təsdiq edilmiş qrafik əsasında davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları