"Bizə qarşı hər hansı tədbir Moskvanın ziyanına işləyəcək".
Bunu Yurd.Media-ya müsahibəsində Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc müsbət tarixi proseslər gedişində Rusiyanın Azərbaycana münasibətdə ehtimal olunan siyasi kursuna aydınlıq gətirərək bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" televiziya kanalına müsahibəsində bildirib ki, biz Rusiyaya qarşı hər hansı gərginliyin yaradılmasında maraqlı deyilik:
"Azərbaycan keçdiyi qələbə yoluna öz müstəqil mövqeyi ilə nail olub. Qarabağ qələbəsi heç bir dövlətin təzyiqinə qurban verilməyəcək".
Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü beynəlxalq təminatdadır:
"2020-ci il qələbəsindən sonra qardaş Türkiyə regionda hərbi-siyasi gücünü artırıb. Azərbaycan 8 avqust bəyannaməsini imzalamaqla yanaşı Çin kimi güclü dövlətlə sıx iqtisadi əlaqələr qurur".