SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Daha 26 ailə yataqxanalardan doğma kəndinə köçdü

Daha 26 ailə yataqxanalardan doğma kəndinə köçdü

  • 29 yanvar 2026, 15:22
Zəngilan

Bugün yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış daha 26 ailə öz doğma yurduna köç edib.

Yurd.Media xəbər verir ki, növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.

Bu mərhələdə kəndə 26 ailə (142 nəfər) köçürülüb.

Onlara açarların təqdimetmə mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları