SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bu taksilərə buraxılış kartının verilməsindən imtina olunacaq - SƏRƏNCAM

Bu taksilərə buraxılış kartının verilməsindən imtina olunacaq - SƏRƏNCAM

  • 08 aprel 2026, 23:32

Buraxılış kartının verilməsindən imtina olunacaq taksilərlə bağlı qərar verilib.

Yurd.Media xəbər verir ki, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək.

Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.

Sənəddə qeyd olunur ki, müvafiq dəyişikliklərlə bağll təkliflər iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

"Avtomobil nəqliyyatı haqqında" Qanunun 15.5-ci maddəsinə əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları