SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azad edilmiş ərazilərdə minatəmizləmə üçün kadrlar necə cəlb edilir? - AÇIQLAMA

Azad edilmiş ərazilərdə minatəmizləmə üçün kadrlar necə cəlb edilir? - AÇIQLAMA

"İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpa işlərinin gedişatının təhlükəsiz aparılması qarşıda duran ən əsas prioritet məsələlərdəndir. Təmizləmə işlərinin vaxtı-vaxtında icra edilməsi məqsədilə, kadr potensialı mərhələli şəkildə gücləndirilir".

Bu fikirləri Yurd.Media-ya açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Metodologiya və Təlim şöbəsinin müdiri Adil Aslanov deyib. O, agentlik tərəfindən həyata keçirilən nəzəri və praktiki təlimlər haqqında da məlumat verib:

"Agentliyin sıralarına qoşulması nəzərdə tutulan müdavimlərə “Humanitar minatəmizləmə”, “Döyüş sahəsinin təmizlənməsi”, eləcə də “İlkin Tibbi Yardım” üzrə nəzəri və praktiki təlimlər keçirilir. Təlimlərin məqsədi mina və partlamamış hərbi sursatları tanımaq, aşkar etmək və işarələmək, eləcə də ilk tibbi yardım üçün lazım olan əsas bilik, bacarıq və davranış qaydalarını öyrətməkdən ibarətdir. Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilir".

Adil Aslanov vurğulayıb ki, agentliyin əməliyyat heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə heyət mütəmadi olaraq ixtisasartırma təlimlərində iştirak edir:

"Qeyd edim ki, işğaldan azad olunan ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan qurumların şəxsi heyətinə Agentliyin təlim heyəti tərəfindən müvafiq təlim kursları keçirilir".

Prime Leasing