SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bu hakimin fəaliyyətinə xitam verildi

Bu hakimin fəaliyyətinə xitam verildi

  • 11 avqust 2025, 20:21
Bakı

Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayevanın hakimlik fəaliyyətinə xitam verilib.

Yurd.Media "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu qərar hakimin öz müraciəti əsasında qəbul olunub.

A.Paşayeva ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçəcəyini bildirib. Bu səbəbdən vəzifədən getmək üçün ərizə təqdim edib. Məhkəmə-Hüquq Şurası ərizəni təsdiqləyib.

Qeyd edək ki, Adilə Paşayeva həm də Sabunçu Rayon Məhkəməsinin spiker hakimi vəzifəsini icra edirdi.

Prime Leasing