SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bakı Metropolitenində yeni təyinat

"Bakı Metropoliteni"ndə yeni təyinat

  • 11 avqust 2025, 17:20

"Bakı Metropoliteni" QSC-yə yeni baş maliyyə inzibatçısı (CFO) təyin edilib.

Yurd.Media Banker.az-a istinadən xəbər verir ki, bu vəzifə Kamal Hüseynliyə həvalə edilib.

Qeyd edək ki, Kamal Hüseynli 2024-cü ilin sentyabr ayından 2025-ci ilin avqust ayına kimi "ADY Ekspress" MMC-nin direktor müavini olub. O, daha əvvəl həmin şirkətdə baş maliyyə inzibatçısı olaraq çalışıb.

Kamal Hüseynli, həmçinin Azərbaycan Voleybol Federasiyasında İdarə Heyətinin üzvü olub, "Azərbaycan Dəmir Yolları"nda Planlaşdırma, Modelləşdirmə və Büdcələşdirmə şöbəsinin rəisi, İqtisadi planlaşdırma, modelləşdirmə və qiymətləndirmə şöbəsinin rəisi, aparıcı maliyyə mütəxəssisi kimi vəzifələrdə çalışıb.

Prime Leasing