SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Sarıtəpə kəndində evlərin dam örtüyü yeniləndi - FOTO

Sarıtəpə kəndində evlərin dam örtüyü yeniləndi - FOTO

Şəmkir

Şəmkir rayonunda abadlıq-quruculuq işləri çərçivəsində Sarıtəpə kəndində daha 10 fərdi yaşayış evinin dam örtüyü əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Yurd.Media-nın məlumatına görə, işlər Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq həyata keçirilir. Məlumata əsasən, Sarıtəpə kəndində Dəllər Mənzil İstismar Müəssisəsinin balansında olan 10 fərdi yaşayış evinin dam örtükləri tam şəkildə yenilənib. Təmir işləri zamanı köhnəlmiş və yararsız dam örtükləri, eləcə də taxta konstruksiyalar sökülərək yeniləri ilə əvəz olunub, yanar konstruksiyalara odadavamlı məhlul çəkilib, metal su axıdıcı sistemlər quraşdırılıb.

Qeyd edək ki, 2021–2025-ci illər ərzində Sarıtəpə kəndində ümumilikdə 20, Şəmkir rayonu üzrə isə 262 fərdi yaşayış evinin dam örtüyü əsaslı təmir olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları