SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bakıya gələn turistlərin bölgələrə səfərlərinin təşviqi işləri intensivləşdirilir

Bakıya gələn turistlərin bölgələrə səfərlərinin təşviqi işləri intensivləşdirilir

Bakıya müxtəlif tədbirlərə gələn turistlərin bölgələrə səfərlərinin təşviqi işləri intensivləşdirilir.

Bu barədə Yurd.Media-nın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

Qeyd olunub ki, turistlərə onlayn göstərilən xidmətlər barəsində ətraflı məlumatlar verilir:

"Azərbaycanda keçirilən nüfuzlu beynəlxalq tədbirlər zamanı paytaxta səfər edən turistlərin regionlara da səfərlərini təşviq etmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən kənd həyatı, milli mətbəx, təbiət turları, mədəni irs obyektlərinə səfərlər, yerli sənətkarlıq fəaliyyətləri və başqa təcrübələrin daxil edildiyi müxtəlif tur-proqramlar hazırlanır, rəqəmsal məlumatlandırma, təbliğat və tanıtım işləri intensivləşdirilir".

Agentlikdən bildirilib ki, turistlərin informasiya əlçatanlığını təmin etmək məqsədilə azerbaijan.travel rəsmi turizm portalında turizm potensialı zəngin olan regionlara dair turizm məhsulları, marşrutlar və tədbirlər haqqında məlumatlar vizual və funksional şəkildə təqdim olunur:

"İstifadəçilər müəyyən destinasiyanı seçərək həmin bölgəyə dair interaktiv xəritə, mövcud təcrübələr və turistik yerlərlə tanış ola bilirlər. Bundan əlavə, portal vasitəsilə uçuş biletləri, mehmanxana seçimləri və fərqli tur-paketləri müqayisə edərək ən uyğun təklifləri seçmək, eləcə də “Plan your trip” (“Səfərini planlaşdır”) funksiyası vasitəsilə fərdi seçimləri daxil etməklə səyahət marşrutunu tərtib etmək mümkündür. Saytda, həmçinin keçiriləcək tədbirlərin təqvimi, regional xəritələr, “Experience Azerbaijan” jurnalı və digər turistik məlumatlar təqdim olunur”.

Prime Leasing