SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Bu 8 şadlıq sarayı havanı cirkləndir - SİHAHI

Bu 8 şadlıq sarayı havanı cirkləndir - SİHAHI

  • 16 may 2025, 10:40

Havanı çirkləndirən şadlıq sarayları və restoranlar muəyyənləşib.

Yurd.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bildirilib ki, Sumqayıtda havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri müəyyən edilib.

Belə ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində son bir həftə ərzində aparılan monitorinqlər zamanı "Gold Palace", "Okean", "Green House", "Xəlifə", "Qərb", "Həyat Saray", “Bəyaz Saray”, “Sevgi Palace” şadlıq sarayları, eləcə də "Xan”, "Ərkivan” restoranlarından havaya normadan artıq tullantı atıldığı müəyyən edilib:

"Faktlarla bağlı sözügedən ictimai-iaşə obyektlərinin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür"