SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Britaniya şirkəti Azərbaycanda çıxardığı qızıl, gümüş və misin həcmini açıqladı

Britaniya şirkəti Azərbaycanda çıxardığı qızıl, gümüş və misin həcmini açıqladı

  • 15 yanvar 2026, 16:03
Gədəbəy

Britaniyalılar ötən il Azərbaycanda 25 min unsiyadan çox qızıl hasil ediblər.

Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən qızıl, mis və gümüş istehsalçısı "Anglo Asian Mining" (AAM) şirkətindən Yurd.Media-ya bildirilib ki, mədən şirkətinin 2025-ci ildə qızıl hasilatı 25 061 unsiya təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 66% çoxdur. 

AAM-in 2025-ci ildə mis hasilatı 7 915 ton olub. Bu, əvvəlki ilə nisbətən 21 dəfə çoxdur və şirkət tarixində ən yüksək illik mis istehsalı kimi qeydə alınıb. İstehsalın artımı əsasən Gədəbəy mədənində hasilatın genişlənməsi, Dəmirli mədəninin istehsala başlaması ilə əlaqələndirilir. Hesabat dövründə şirkətin gümüş hasilatının həcmi isə 153,332 min unsiya (5,4 dəfə çox) təşkil edib.

Şirkət əlavə edib ki, 31 dekabr tarixinə 27,6 milyon ABŞ dolları məbləğində borc, 2,5 milyon ABŞ dolları xalis pul vəsaitinə malik olub. 2025-ci il dekabrın 31-nə satılmamış qızıl-filiz ərintisi (dore) və mis konsentratı ehtiyatları 37,7 milyon ABŞ dolları məbləğində olub. Bu ehtiyatlara hər tonu 12 504 ABŞ dolları dəyərində olmaqla, tərkibində 2 457 ton mis olan konsentrat da daxildir.

Xatırladaq ki, “Anglo Asian” 1997-ci il avqustun 21-də imzalanan hasilatın pay bölgüsü (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları