SÜJET
Bitkilər ‘Səssiz’ Deyil: Stress Anında Yüksək Tezlikli Səslər Yaydıqları Aşkarlanıb
Bitkilər insan qulağının eşidə bilməyəcəyi ultrasəs tezliklərində partlayış və ya tıqqıltı səsləri yayır və bu səslərin intensivliyi bitki stresə düşdükdə artır.
Yurd.Media xəbər verir ki, bitkilərin səsləri qəbul edə bildiyini çoxdan məlum məsələdir. Bu dəfə isə alimlər bitkilərin səs çıxarıb-çıxara bilmədiyini yoxlamaq məqsədə ilə araşdırma aparıblar. Bu məqsədlə pomidor və tütün bitkiləri müxtəlif şəraitlərdə qeydə alınıb. Əvvəlcə stress altında olmayan bitkilər qeydə alınaraq ilkin ölçü götürülüb. Daha sonra susuz qalmış və gövdəsi kəsilmiş bitkilər qeydiyyata alınıb. Bu səsyazmalar əvvəlcə səs keçirməyən akustik otaqda, daha sonra isə adi istixana şəraitində aparılıb.
Bitkilərin yaydığı səslər insanların eşidə bilməyəcəyi qədər yüksək tezlikdə tıqqıltı və ya partlayış səslərini xatırladır və bir metrdən artıq məsafədən qeydə alına bilir. Stress altında olmayan bitkilərdən isə demək olar ki, səs çıxmır.
Bitkinin növündən asılı olaraq, onlar saatda orta hesabla 40 dəfə partlayış tipli səs impulsları çıxara bilirlər.
Susuz qalmış bitkilərin isə fərqli səs profili formalaşır. Susuzluq başlamazdan əvvəl partlayış tipli səs impulslarının sayı artır, su çatışmazlığı dərinləşdikcə səslərin intensivliyi də yüksəlir və bitki solmağa başladıqda isə azalır.
Xüsusi hazırlanmış alqoritm bu səsləri və həmin səsləri çıxaran bitki növlərini fərqləndirə bilib. Bu hal təkcə pomidor və tütün bitkiləri ilə məhdudlaşmır. Tədqiqat qrupu müxtəlif bitkiləri yoxlayaraq, səs yaymanın bitkilər arasında olduqca geniş yayılmış bir amil olduğunu müəyyən edib. Bu səslər buğda, qarğıdalı, üzüm, kaktus kimi bitkilərdə də qeydə alınıb.