SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Binəqədidə TƏHLÜKƏ: İnsanlar yaşaya-yaşaya bina uçub tökülür

Binəqədidə TƏHLÜKƏ: İnsanlar yaşaya-yaşaya bina uçub tökülür

  • 30 noyabr 2025, 23:57
Bakı

Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusda yaşayan sakinlər illərdir qəzalı vəziyyətdə olan binada ömür sürürlər.

Yurd.Media xəbər verir ki, onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir cavab almayıblar.

"Sakinlərin bir qismi artıq binanı tərk edərək kirayədə yaşayır. İçəridə yaşaya-yaşaya bina uçub tökülür. İritonnajlı maşınlar yoldan keçəndə evlər silkələnir", - deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən "Baku TV"yə bildirilib ki, bina xüsusi təyinatlı olduğu üçün onların bazasında deyil. Tikili Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur.

Bakı Şəhər İcra Hakimiyyəti isə binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyərək bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciətin edildiyini vurğulayıb.

Sonuncular isə bundan məlumatlı olduqlarını və yaxın zamanda sakinlərlə söhbət aparılacağını bildiriblər.

Prime Leasing
SPE Annual Caspian