"Bəzi binaların beton və ya armaturun müayinə aktları yoxdur. Biz təyin eləyə bilmirik ki, bunlar hansı betondan, armaturdan istifadə ediblər. Hər girişdə iki lift nəzərdə tutulub, lakin biri qoyulub".
Yurd.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Elxan Əsədov "Xəzər Xəbər"ə deyib.
O qeyd edib ki, binanın tüstülənməyən pilləkən qəfəsi olmalıdır, amma yerində tüstülənəndir:
"Belə olan halda vətəndaşlar içəridə tüstüdən boğula bilərlər”.
O qeyd edib ki, 2020-cı ilə qədər belə bınaların sayı daha çox idi.Prezidentin 2019-cu ildə imzaladığı 529-cu fərmanı ilə 408 bina obrazlı şəkildə desək, amnistiyaya düşdü.
"Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" fərmanla bu binaların 300-400 min sakini mənzil hüquqlarına qovuşdu.FHN-in nümayəndəsi Elxan Əsədov deyib ki, istismarına icazə verilməyən 84579 mənzil var idi. Onlardan 67 bina qaldı.
Elxan Əsədov deyib ki, Mülkiyyətçilərin Müştərək Cəmiyyətləri və yaxud da ki, o binanın tikintisini vaxtında həyata keçirən orqanlar problemləri sakinlərin köməyilə birləşib aradan qaldırmalıdırlar:
"Sonra isə müraciət eləsinlər ki, bu proses davam eləsin, amma sadələşdirilmiş formada yox, adi qaydada”.