Bu gün Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il keçir.
Yurd.Media xatırladır ki, Ermənistan beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə Qarayusifliyə zərbələr endirib.
Nəticədə, aralarında uşaq və qadınlar da olmaqla beş dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.
Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusu dinc sakinlərin qisasını döyüş meydanında alıb.
Xatırladaq ki, Bərdə şəhərinin 5, 8, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.