SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Fəzail Ağamalının oğlu və qızı arasında partiya sədri olmağa görə QALMAQAL

Fəzail Ağamalının oğlu və qızı arasında partiya sədri olmağa görə QALMAQAL

  • 25 oktyabr 2025, 16:13

Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında dava düşüb.

Yurd.Media xəbər verir ki, Fəzail Ağamalının oğlu və qəzı arasında yeni sədr postuna kimin gətirilməsi məsələsinə görə mübahisə düşüb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.

Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

Fəzail Ağamalı hadisə ilə bağlı bildirib ki, partiya sədrliyinə qızını təklif edir.

Fəzail Ağamalının oğlu isə bildirib ki, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:

“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.

Prime Leasing